Sığorta üçün sərfəli qiymət axtarırsınız?
Sığortaçılar öz zəngləri ilə Sizi narahat edir?
Hansı sığorta şirkətini seçmək qərararına gələ bilmirsiniz?
Narahatsınız ki, hadisə baş verdikdə sığorta şirkətindən ödəniş ala bilməyəcəksiniz?
SığortApp bu problemlərin hamısının öhdəsindən asanlıqla gəlir!
Sığortanın asan yolunu Sizin üçün yaratdıq.
SığortApp – bütün sığorta şirkətlərinin məhsullarının cəmləndiyi bir məkandır.
Bütün sığorta şirkətlərinin içindən Sizin tələbatınıza və maraqlarınıza uyğun sığorta məhsulunu seçin.
Sığorta hadisəsi baş verdikdə bizim dəstəyimizə güvənə bilərsiniz! Hadisə ilə bağlı sığorta şirkəti tərəfindən dəymiş zərərin vaxtında və tam ödənilməsində Sizə yardımçı olacağıq. Biz müştərinin tərəfindəyik, sığorta şirkətinin deyil!
Sığorta şirkətlərinin sayı çoxdur, onların məhsullarının sayı isə ondan da çox.
SığortApp vasitəsilə həm qiymət baxımından, həmdə şərtlər baxımından ən sərfəli seçimi asanlıqlahəyata keçirə bilərsiniz.
Sığorta bazarında ən sərfəli qiyməti və şərtləri yəqin ki özünüz də tapa bilərsiniz (Axtaran tapar!), ancaq bu axtarış Sizin xeyli vaxtınızı alacaqdır.
SığortApp Sizin dəyərli vaxtınıza qənaət edir! Vaxt puldur!
Sığorta müqaviləsini imzalanma prosesində məlumatları ənənəvi olaraq əl ilə daxil etməyə və yaxud Whatsapp vasitəsilə göndərməyə artıq ehtiyac qalmadı.
SığortApp-da mövcud olan skan funksiyası vasitəsilə zəruri məlumatlar avtomatik sistemə yüklənir. SığortApp ən müasir texnologiyalardan istifadə edir.
Sizə məxsus sığorta müqavilələrinə dair məlumatlar, hər zaman, mobil əlavədə- Sizin şəxsi kabinetinizdə saxlanılır. Hadisə baş verdikdə tələb olunan məlumatlar “əlinizin altında” olacaqdır.
Sualınız yaranarsa bizim çağrı mərkəzimiz (1544) vasitəsilə dərhal bizimlə əlaqə saxlaya bilərsiniz.
Avtomobiliniz yolda qalarsa (təkər partlasa, yanacaq qurtarsa, akkumulyator yatarsa və s) SığortApp vasitəsilə bir düyməni basaraq texniki yardım xidmətini çağıra bilərsiniz.
Ayıq sürücü tələb olunarsa – SığortApp vasitəsilə tez və rahat şəkildə xidməti sifariş edə bilərsiniz.
SığortApp – SIĞORTANIN ASAN YOLU!